Ürək qüsuru olan uşaqların əməliyyatı dövlət hesabına aparılacaq - VİDEO
03:20 24 Yanvar 2018
Ürək qüsuru olan uşaqların əməliyyat olunması üçün dövlət büdcəsindən ilk dəfə olaraq ayrıca vəsait ayrılıb.
Femida.az xezerxeber.az-a istinadən bildirir ki, eşitmə və ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulan 4 milyon manat vəsait bu xəstəlikdən əziyyət çəkən çoxlu sayda uşağın əməliyyat xərclərinə yönləndiriləcək.
Kardioloq Anar Əmrah bildirir ki, Azərbaycanda doğulan hər 1000 uşaqdan 8-i ürək qüsuru ilə dünyaya gəlir. Ən acınacaqlı məqam isə budur ki, valideynlər bəzən uşaqların xəstə olmasından çox gec xəbər tuturlar. Bu isə hətta onların əməliyyat edilmə şansını da əllərindən alaraq həyatı bahasına başa gəlir.
Mütəxəssisin sözlərinə görə, ürək qüsurları özünü bəzi əlamətləri ilə göstərir. Belə halları müşahidə edən valideynlər sonradan peşmançılıq yaşamamaq üçün dərhal həkimə müraciət etməlidir.
Həkimin sözlərinə görə, ailələr uşaq dünyaya gəlməzdən öncə mütləq müayinələrdən keçməli və qarşılaşa biləcəkləri problemləri öncədən öyrənməlidirlər. Sonradan yarana biləcək ürək qüsurlarından yaxa qurtarmaq üçün uşaqlar kiçik yaşlardan sağlam qidalandırılmalı, şəkərli qidalardan uzaq tutulmalı və idmana yönəldilməlidir.
Onu da qeyd edək ki, ürək qüsurlu uşaqların müalicəsi üçün 2 milyon manat vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Hazırda ürək əməliyyatlarının orta qiyməti 6 min manat hesab olunarsa, bu vəsaitlə 330-dan çox uşağı əməliyyat edərək həyata qayratmaq mümkün olacaq.
Femida.az
Oxunub: 3297
Oxşar xəbərlər
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb