Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı


22:19     05 İyun 2022 publika.az1397292007qeza.jpg

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qəza baş verib.
APA Tv-nin xəbərinə görə, “Toyota Prado” markalı minik avtomobili dərəyə aşıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb.
Azyaşlının sağlıq durumu normaldır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə yerinə ərazi üzrə polis naryadları cəlb edilib, araşdırmalara başlanılıb.
Hadisənin təfərrüatı və baş vermə səbəbi araşdırmalardan, eləcə də təyin ediləcək avtotexniki araşdırmalardan sonra məlum olacaq.



Açar sözlər:

Oxunub: 345