Bu obyektlərdə yoxlamaların ləğvi təklif edilir
18:24 30 Yanvar 2018
Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququnun ləğvi təklif edilir.
Femida.az xəbər verir ki, bu, "Sanitariya-epidomoloji salamatlıq haqqında" qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.
Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsinin 1-ci hissəsinə "Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla" sözləri əlavə edilib. Bununla da dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla, digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.
Layihə plenar iclasa tövsiyə olunub.
Femida.az
Oxunub: 460
Oxşar xəbərlər
- Enerji içkisi olmayan suları bu adla satan obyekt sahibləri cəzalandırılıb
- ETSN iaşə obyektlərinin istismarçılarına xəbərdarlıq edib
- Bakıda obyektdə yanğın olub
- "Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəmkirdə avtomobil obyektə çırpılıb, ölən və xəsarət alan var
- Azərbaycanda bir neçə dövlət qurumu xidmət və ticarət obyektlərində yoxlamalar aparacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib
- Rusiya hərbçiləri Kiyevdə radioaktiv obyekti atəşə tutub
- Kiyevin strateji obyektləri raketlərlə vurulur, digər şəhərlərdə partlayışlar baş verib