Aşıq Namiqə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başladı


16:04     31 Yanvar 2018 mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 7-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı altında aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Cinayət  

Oxunub: 993