Ağsu sakini qidadan zəhərlənib


16:28     01 Fevral 2018 zeherlenme.png

Ağsu rayonunda zəhərlənmə hadisəsi baş verib.


Hadisə Ağsu şəhərində qeydə alınıb. Rayon sakini 1989-cu il təvəllüdlü Tərlanova Aygün Əfqan qızı evdə keçirilən ad günü mərasimində yediyi şirniyyatdan zəhərlənib. O, bu gün saat 11:00 radələrində huşsuz vəziyyətdə təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Femida.az

Açar sözlər: #Ağsu   #Zəhərlənmə  

Oxunub: 422