Azərbaycanda dərman istehsalına başlanılıb


16:50     02 Fevral 2018 2018/02/5a741f68a9e9a_15175592382316931246_1000x669_1517561499.jpg

Fevralın 2-də Analitik Ekspertiza Mərkəzində Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018- ci il 1 nömrəli qərarına əsasən "Dərman vasitələrinin topdansatışına dair tələblər", "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarında dərman vasitələrinin buraxılması Qaydaları"nın təsdiqinə dair brifinq keçirilib.


Femida.az məlumat verir ki, tədbirdə çıxış edən mərkəzin farmakonəzarət sektorunun müdiri Elmin Quliyev toplantının əsas məqsədinin əczaçılıq sahəsində olan yenilikləri müzakirə etmək və bu barədə ictimaiyyəti maarifləndirmək olduğunu bildirib.

Bildirilib ki, topdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar.

Bundan əlavə topdansatış müəssisəsində keyfiyyətin idarə edilməsinə ayrılan məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsili, həmçinin etibarlı distribüter təcrübəsinə dair lazımi bilik və təcrübəsi olmalıdır.

Qeyd olunub ki, bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlanılıb.

P. Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq.

Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” barədə də danışan P. Əzizbəyov qeyd edib ki, apteklərdə çalışan əczaçılar mütləq ağ xalat geyinməlidirlər.

Femida.az

Açar sözlər: #Azərbaycan   #dərman  

Oxunub: 820