Metroda İNSİDENT - Sərxoş tələbə relslərin üstünə yıxıldı


17:32     02 Fevral 2018 metro-655x360.jpg

Moskvada "Taqanskaya" metro stansiyasında sərxoş tələbə relslərə yıxılıb.


Femida.az xəbər verir ki, polis əməkdaşları həmin şəxsi relslərdən çıxara biliblər.

Məlumata əsasən, 19 yaşlı tələbə vəziyyətin araşdırılması üçün polis otağına aparılıb.

Bildirilir ki, insident metroda qatarların hərəkətinə təsir etməyib.

Femida.az

Açar sözlər: #Moskva   #Taqanskaya   #Metro   #Stansiya  

Oxunub: 930