Daha bir piyada ölümü: Yolu keçən qadını maşın vurdu


17:09     03 Fevral 2018 piyada%20qadin.jpg


Bakıda yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verib.

Belə ki, fevralın 2-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nəzər Rəhmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Reyhan Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölub.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #piyada   #kriminal   #qadın   #ölüm  

Oxunub: 653