Sürücü 28 yaşlı piyadanı vurub öldürdü


19:47     04 Fevral 2018 2018/02/piyada_Qadin_qeza_1517744227.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində - Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.

Hadisə şahidləri bildiriblər ki, piyadanı “Fiat Doblo” markalı avtomobil vurub. Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin tapılması istiqamətində iş aparılır.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb.

Femida.az

Açar sözlər: #piyada   #qəza  

Oxunub: 666