İsmayıllıda ev, Ağcabədidə tövlə yandı


20:00     04 Fevral 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg

İsmayıllı rayonunda ev yanıb.



Femida.az FHN-ə istinadən xəbər verir ki, Talıstan kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar hadisə Ağcabədi rayonunda da baş verib. Ümumi sahəsi 50 m2 olan tövlənin yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Açar sözlər: #Ağcabədi   #İsmayıllı  

Oxunub: 421