Heybətdə əlavə stansiya yolları qoyulur
14:57 05 Fevral 2018
Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə texniki sahədə əsaslı işləri görülür.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.
Qeyd edək ki, Heybət stansiyasında əlavə stansiya yollarının salınması işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir. Müəssisənin direktor müavini Şəmsəddin Talıbov məlumat verərək bildirib ki, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib