Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib


23:52     05 Fevral 2018 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Z.Nəsirovanın məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun martın 1-nə təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər: #Konstitusiya   #Məhkəməsi   #İclas  

Oxunub: 458