"Opel" 71 yaşlı kişini vurdu - FOTOLAR


14:16     09 Fevral 2018 18_02_09_1518156776.jpg

Sumqayıt şəhərində 71 yaşlı kişini maşın vurub.



Femida.az report-a istinadən xəbər verir ki, şəhərin "Birinci məhəllə" adlanan nərazisində baş verib.

Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xəlil Məhəmməd oğlu İsayev yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn "Opel" markalı avtomobil tərəfindən vurulub.

X.İsayev ağır kəllə beyin travması ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Sonradan yaralının vəziyyəti kəskin pisləşdiyindən onu Bakı şəhərindəki Xəstəxanalardan birinə köçürüblər.

Hadisədən sonra sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Piyada   #Qəza   #Sumqayıt   #Polis  

Oxunub: 623