Elmar Məmmədyarov:" Yeni sazişlə bağlı intensiv danışıqlar aparılır "
19:12 09 Fevral 2018
Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni sazişlə bağlı intensiv danışıqlar aparılır.
Femida.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Yeni saziş Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrdə yeni mərhələ açacaq. İşlər davam etdirilir, bu, heç də asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq”, - deyə nazir bildirib.
Məmmədyarov, eyni zamanda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya üzrə sazişlə bağlı danışıqların davam etdirildiyini vurğulayıb: “İmzalanacaq saziş Azərbaycanda turizmin inkişafına daha da təkan verəcək”.
Femida.az
Oxunub: 585
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək