Azərbaycanda yeni idman klubu yarandı


14:33     11 Fevral 2018 2018/02/624464_1518330902.jpg

Tovuz Autizm İdman Klubu fəaliyyətə başlayıb.



Autizmlilər İdman Klubunun ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, yeni yaranmış klubun təsisçisi Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmovdur. Tovuz Autizm İdman Klubu yalnız həmin rayonda deyil, həmçinin ətraf rayon və bölgələrdəki autizm və digər problemlərdən əziyyət çəkən uşaq və gənclərin idmanla reabilitasiya alması üçün yaradılıb. Tovuz Autizm İdman Klubu rayonun Gənclər Evinin nəzdində fəaliyyət göstərəcək.

Açar sözlər: #Azərbaycan   #idman   #klub  

Oxunub: 916