Azərbaycanın xarici dövlət borcu açıqlanıb
21:35 14 Fevral 2018
01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub.
Maliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Femida.az
Oxunub: 1003
Oxşar xəbərlər
- Kredit borcları silindi
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Bakı Limanının yarım milyon manata yaxın vergi borcu var
- Maqsud Mahmudov: "Eldar Mahmudovla bir həyətdə böyümüşəm, məndən borc pul alıb"
- BDU rektorunun müşavirinin ifadəsi: “O, Abel Məhərrəmovu borca görə məhkəməyə verəcəyini dedi”
- Neftçala sakini 40 manat borca görə həmyerlisinə atəş açıb
- Hafiz Məmmədov borcundan 600 min manatını ödəyib, qalanını bir həftəyə ödəmək öhdəliyi götürüb
- Gəncədə müəllimi borca görə qətlə yetirən şəxsə hökm oxunub
- Ermənistanın dövlət borcu artıb