Keçmiş işçisi məhkəmədə “Azərsun”u uddu


21:54     14 Fevral 2018 1398947325_mehkeme.jpg

Ölkənin ən böyük şirkətlərindən olan “Azərsun”u məhkəməyə verən keçmiş işçisi qalib gəlib.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Foodinfo.az saytı yayıb. Məlumatda bildirilib ki, Sun Food MMC-dəki vəzifəsindən azad olunan şəxs şirkəti məhkəməyə verib.

Nərimanov Rayon Məhkəməsinə müraciət edən Emil Cəbiyev işə bərpa olunmasını tələb edib. Məhkəmə keçmiş işçinin iddiasını təmin edib və onun işə bərpa olunması barədə qərar qəbul edib.

Sun Food MMC məhkəmə qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, “Sun Food” “Azərsun Holdinq”ə daxil olan şirkətlərdən biridir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azərsun Holdinq” qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlər qrupudur.

Açar sözlər: #məhkəmə   #azərsun  

Oxunub: 813