Həcc kvotası qaldırıldı - 2000 nəfər hacı olacaq


19:53     15 Fevral 2018 2018/02/dua-eden-haci_3_1518695917.jpg

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.


Femida.az xəbər verir ki, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb.

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

Femida.az

Açar sözlər: Azərbaycan   Həcc   zəvvar  

Oxunub: 639