ABŞ kəşfiyyatında Qarabağa dair MƏXFİ MƏKTUB
19:28 17 Fevral 2018
Rusiyanın ermənipərəst "regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb.
Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur.
Ən diqqət çəkən məqam isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi” hesab olunan "Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya məsələləri üzrə böyük analitiki Louren Gudriçin Dağlıq Qarabağla bağlı məxfi məktubunun yada salınmasıdır.
2011-ci ilin 23 fevralında Vikiliks tərəfindən ortaya çıxarılan məktubda deyilirdi ki, Dağlıq Qarabağda asılan lövhələrdə erməni dili ilə yanaşı, rus dilində də yazılar görünür:
"Bu, Qarabağdakı ermənilər ilk növbədə Rusiyaya loyal olduğunu göstərir. Onlar Ermənistanı ikinci planda görürlər”.
Məxfi məktubda o da qeyd olunur ki, II Dünya müharibəsində Dağlıq Qarabağdakı ermənilər (söhbət Azərbaycan vətəndaşı olan ermənilərdən gedir-red) daha çox səfərbər edilmişdi.
"Bu, 45000 könüllü, yaxud ümumi əhalinin 32 faizi demək idi”, - məxfi məktubda deyilirdi./publika
Femida.az
Oxunub: 1451
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək