Xınalıq yolunda qar uçqunu: Kəndlərlə əlaqə kəsilib


15:18     19 Fevral 2018 2018/02/83695f8b-8cb3-4446-b46b-73b114277987_1519024859.jpg

Gecə saatlarından başlayaraq yağan aramsız qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.


Xınalığın icra nümayəndəsi Nəsimi Məmmədov bildirib ki, həmin istiqamətdə kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.

“Quba-Xınalıq yolu qar uçqununa görə bağlanıb. Hazırda əraziyə texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Çox güman ki, axşama kimi işlər yekunlaşacaq”.

Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb.

Femida.az

Açar sözlər: #Quba   #Xınalıq   #yol   #qar  

Oxunub: 1321