Livanlı General İsrailə xəbərdarlıq etdi


22:42     21 Fevral 2018 2018/02/1519216979_1519221274.jpg

Livan ordusunun komandirlərindən olan, general Cozef Aun işğalçı İsrail rejimi barəsində açıqlama verib.



O, açıqlamasında bildirib ki, düşmən İsrail tərəfindən suverenliyə və bütün iqtisadi qaynaqlardan yararlanma haqqına ediləcək təcavüzə adekvat cavab veriləcək.

“Livan ordusu nə olarsa olsun İsrailin hücumuna lazım olan cavabı verməkdən boyun qaçırmayacaq”, deyə Cozef Aun diqqətə çatdırıb.

Cozef Aun qeyd edib ki, İsrail rejimi daima Livanın təhlükəsizliyini pozmaq üçün addımlar atmağa çalışır.


Femida.az

Açar sözlər: #Livan   #İsrail  

Oxunub: 676