Siyəzəndə iki yük maşını toqquşub, biri yanıb


14:51     23 Fevral 2018 yuk0.jpg

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub. Nəticədə yanğın baş verib.

Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinası, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Femida.az

Açar sözlər: #Siyəzən   #maşın   #yanğın  

Oxunub: 515