Azay Quliyevin namizədliyi irəli sürüldü


04:52     17 Sentyabr 2015 azay%20teshebbus%201.jpg

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan elm xadimləri, gənclər, QHT təmsilçiləri, Qarabağ qaziləri və veteranları, media mənsubları və digərləri 01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkidə Azay Quliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədar “Seçicilərin Təşəbbüs Qrupu”nu yaradıblar.


Təşəbbüs Qrupunda təmsil olunan ziyalılar və ictimaiyyət nümayəndələri çıxış edərək Azay Quliyevin deputatlığa namizədliyini dəstəkləyərək onun ötən on ildə uğurlu deputatlıq fəaliyyəti, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi istiqamətində gördüyü işlərdən danışıblar.

İclasda çıxış edən millət vəkili Azay Quliyev TQ-nun üzvlərinə təşəkkürünü bildirib və göstərilən etimadı doğrultmaq üçün bütün gücü ilə çalışacağını deyib. Millət vəkili vəzifəsinin böyük məsuliyyət olduğunu bildirən A.Quliyev növbəti dəfə seçicilərin etimadını qazanacağı halda indiyədək olduğu kimi bundan sonra da yalnız bu tribunadan vətəndaşların hüquq və mənafelərinin qorunması, milli maraqlarımızın təminatına və ölkəmizin inkişafına töhfə vermək üçün istifadə edəcəyini vurğulayıb.

Toplantıda Azay Quliyevin dəstəkləmək üçün yaradılan təşəbbüs qrupunun adının “Gələcəyə inamla” olması yekdilliklə qəbul edilib. Daha sonra müvafiq sənədlərin DSK-ya təqdim olunması üçün səlahiyyətli nümayəndələr seçilib.

Açar sözlər:

Oxunub: 1157