Dağıstanda güc strukturları əməkdaşlarının həbsləri başladı
17:15 25 Fevral 2018
Dağıstan polisi və respublikanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya DİN-nin Dağıstan üzrə cinayət axtarışı şöbəsinin rəisi, polkovnik Xaybula İbnuxacarovu saxlayıb.
Femida.az xəbər verir ki, bu barədə TASS və RBK agentlikləri məlumat yayıb.
“İbnuxacarovu maliyyə hesabatlığının saxtalaşdırılmasında ittiham edirlər, cinayət işinin qaldırılması haqqında məsələyə baxılır”, - deyə, RBK-nın mənbələri bildiriblər.
Məlumata görə, İbnuxacarovla yanaşı daha bir əməkdaş sənədləri saxtalaşdırmaqda şübhəli bilinir. Yoxlamalar respublikanın bütün güc strukturlarında aparılacaq, RBK yazır.
Dağıstan DİN-nin saytında bildirilir ki, idarədə iki əməkdaş tərəfindən maliyyə pozuntuları aşkarlanıb və onların işdən çıxarılması haqqında məsələyə baxılır.
Qeyd edək ki, fevralda Dağıstanda genişmiqyaslı antikorrupsiya yoxlamaları başlayıb. Yoxlama çərçivəsində respublika hökumətinin başçısı Abdusəməd Həmidov, onun müavinləri və daha bir neçə məmur saxlanılıb. Onları dələduzluqda ittiham edirlər.
Oxunub: 665
Oxşar xəbərlər
- Dağıstanda partlayış olub
- Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss olundu
- Dağıstanda qanunsuz biznes quran azərbaycanlı axtarılır - Video
- Dağıstanda bir qrup terrorçu zərəsizləşdirilib
- Dağıstanda tikintidə ölən azərbaycanlılar KİMDİR? - AÇIQLANDI
- Dağıstanda antiterror əməliyyatı - 3 ölü
- Dağıstanda əməliyyat - Terrorçu zərəsizləşdirilib
- Dağıstandakı qəzada xəsarət alanların hamısı azərbaycanlıdır - Yenilənib
- Dağıstanda Cümhuriyyətin 100 illiyi qeyd olundu - Fotolar
- Dağıstanda kəndlər su altında qalıb