Sabirabadda müəmmalı bıçaqlanma


18:13     26 Fevral 2018 bicaq5.jpg

Sabirabad rayonunda 25 yaşlı oğlan bıçaqlanıb.



Ötən gecə rayonunun Qalağayın kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyev Allahverdi Rəhim oğlu 3 bıçaq yarası ilə Sabirabad rayon Xəstəxanasına yerləşdirilib. O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Sabirabad   #bıçaqlanma  

Oxunub: 1008