Avstraliyada Xocalı soyqırımının qurbanları anılıb


00:34     27 Fevral 2018 2018/02/xocali_0647-anim_1519652585.jpg

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Femida.az xəbər verir ki, konsulluq tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, bu gün o qorxunc hadisənin 26-cı ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insanlar küçələrə toplaşaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğu qeyd olunub, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhlükə mənbəyi olduğu bildirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, erməni millətçiləri öz çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının uğurlu nəticələr verib.

Femida.az

Açar sözlər: #Avstraliya   #Xocalı   #soyqırım  

Oxunub: 953