Moldova ilə hərbi əməkdaşlığa dair saziş təsdiqləndi


14:29     01 Mart 2018 2018/01/ilham-eliyev-(1)_1516286773.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.


Femida.az-ın məlumatına görə, Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

Müdafiə Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Moldova   #saziş   #fərman  

Oxunub: 596