Azərbaycan yaşayış üçün ən ucuz ölkələr siyahısında
01:22 09 Mart 2018
GOBankingRates nəşri dünyanın yaşamaq üçün ən əlverişli 50 ölkəsinin növbəti siyahısını açıqlayıb.
Azərbaycan həmin ölkələrin siyahısında 35-ci yerdə qərarlaşıb.
Nəşr bildirir ki, yaşayış üçün əlverişlilik reytinqi dörd əsas amil - yerli alıcılıq qabiliyyətinin gücü, kirayə, ərzaq, istehlak və restoran qiymətlərinin indeksləri Nyu-Yorkla müqayisə əsasında tərtib edilib.
Nəşr vurğulayır ki, Azərbaycan iqtisadiyyatının əsas qüvvəsi neft və neft məhsulları da daxil olmaqla təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da qeyd olunur. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkla müqayisədə 70% ucuz başa gəlir.
Bu gün yaşayış üçün ən ucuz ölkə Hindistandır. Ardınca reytinqdə Səudiyyə Ərəbistanı və Pakistan qərarlaşıb.
Siyahıda Ermənistan 34-cü, Gürcüstan 16-cı, Türkiyə 26-cı, İran 23-cü olub. Rusiya 50 ölkədən ibarət reytinqə düşməyib./virtualaz.org
Femida.az
Oxunub: 822
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib