Şimal bölgəsinə qar yağır - FAKTİKİ HAVA


14:09     12 Mart 2018 quba%20qar6.jpg

Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb.


Quba və Qusarı dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur - 6 dərəcəyədək düşüb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetrdir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.

Femida.az

Açar sözlər: #Quba   #Qusar   #Qar  

Oxunub: 1173