Metroda qapıları tutub saxlayanlar 50 manat cərimələnəcək


16:56     16 Mart 2018 18_03_16_1521190513.jpg


Vaqonların qapılarını tutub saxlayaraq metronun ləngiməsinə səbəb olanlar cərimələnir.

Femida.az xəbər verir ki, bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hər gün metroda bəzən sıxlıq, bəzənsə adi səbəblərə görə vaqon qapılarını saxlayıb, qapıların bağlanmasına maneə törədilməsi ilə bağlı danışarkən deyib.

N.Paşayev bildirib ki, metronun öz daxili qaydaları və xüsusi qadağaları var. Ancaq qadağalara əməl etməyən şəxsləri cərimələmək onların səlahiyyətində deyil. Bu işi Metropolitendə çalışan polis əməkdaşları həyata keçiri:

"İnzibati Xətalar Məcəlləsinin 140-1.4. maddəsinə əsasən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə görə 50 manat miqdarında cərimə nəzərdə tutulur. Sürahiyə toxunanlar, yerə zibil atanlar, vaqonları yazanlar da olur. Yazanların hamısını tutmaq mümkün olmasa da, zibil atanlar, qapını tutub saxlayanlar, siqaret çəkənlər, qadağan olunmuş əraziyə daxil olanlar polislər tərəfindən saxlanılır və cərimə olunur”.

Femida.az

Açar sözlər: #metro   #qanun   #cərimə   #məcəllə  

Oxunub: 1125