3 yaşlı oğlan kanalizasiya quyusuna düşdü - Sabirabadda


19:41     16 Mart 2018 su_quyusu_01113.jpg

Sabirabadda 3 yaşlı oğlan boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Nizami kənd sakini, 2015-ci il təvəllüdlü İsgəndərli Cahid Nahid oğlu ayaqyolunun quyusuna düşüb.

Azyaşlı uşaq boğulma (asfiksiya) diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Femida.az

Açar sözlər: #Sabirabad   #oğlan   #boğulma  

Oxunub: 732