Xarici qonaqlar Quba Soyqırımı Memorial Kompleksində olublar

Xarici qonaqlar Quba Soyqırımı Memorial Kompleksində olublar

18:06     22 Mart 2018 2018/03/0C3E1BA5-B1D3-462F-8A55-DCA40E93392E_1521712291.jpeg

Quba rayonunda səfərdə olan Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Təhsil Nazirliyi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Türkdilli Xalqların Əməkdaşlığı” forumunun iştirakçılarına ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, 2007-ci il aprelin 1-də Qubada torpaq işləri görülərkən kütləvi məzarlıq aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

Femida.az

Açar sözlər: #Quba   #Soyqırım  

Oxunub: 328