Lökbatanın girişində hərəkət məhdudlaşdırılır


18:58     02 Aprel 2018 18_04_02_1522667328.jpg

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Femida.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

Femida.az

Açar sözlər: #Lökbatan   #yol   #avto  

Oxunub: 845