Britaniya Parlamentində qalmaqal


23:24     21 Sentyabr 2015 kemerun%202109.jpg

Britaniya Leyboristlər Partiyasının yeni seçilmiş rəhbəri Ceremi Korbin Parlamentdə iştirak edərkən qeyd edib ki, bir çox millət vəkili vacib məsələlərin müzakirəsinə çox laqeyd yanaşırlar.


Parlamentdə çıxış edən Leyboristlər Partiyasının yeni siması Ceremi Korbinin bu fikri parlamentarilərdə ciddi etiraz doğurub.

- Əksəriyyət mənə deyir ki, parlamentdə baş nazirə sual vermək zamanı gəldikdə millət vəkillərinin əksəriyyəti orada teatr qururlar. Hər şeydən öncə, parlamentin qaydalarına əməl olunmalıdır. Mən min nəfərədək insana “baş nazirə hansı sualı vermək istəyərdiniz?” deyə müraciət ünvanlamışam. Qarışılığında isə 40 000-dək məktub almışam,- deyə Korbin bildirib.

Baş nazir Devid Kameron isə deyib ki, suallar yoxlanıldıqdan, dəqiqləşdirdikdən sonra cavab vermək üçün təqdim olunur: “Əgər biz sual vermə qaydaların dəyişib olduğu kimi sulları ünvanlasaq, o zaman nəticə mənim xoşuma gəlmədiyi kimi heç kəsində xoşuna gəlməyəcək”.

Devid Kameron da Leyboristlərin lideri Ceremi Korbinə diqqət çəkmək üçün tarixində əlamətdar hadisə olan “Britaniya müharibəsinin 75 illiyi”ndə iştirak edərkən “God Save the Queen” adlanan Britaniya milli himnini oxumadığını deyib. Bu isə Ceremi Korbinin özünü respulkaçı saydığını, monarxiyanın əleyhinə olduğunu göstərir.

Açar sözlər:

Oxunub: 627