Türkiyədə avtobus aşdı - Ölən və yaralılar var


16:42     08 Aprel 2018 2018/04/640225_1523177063.jpg

Türkiyənin Afyon-Karahisar və Antalya şəhərlərini birləşdirən yolun 35-ci kilometrliyində sərnişin avtobusu aşıb.



Femida.az bildirir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha 20-si yaralanıb.

Hadisə yerinə asayiş keşikçiləri, xilasedicilər və tibb işçiləri cəlb olunub.


İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Femida.az

Açar sözlər: #qəza   #sürücü   #tibb  

Oxunub: 674