“Azərpoçt”a baş direktor təyin edildi


17:37     09 Aprel 2018 azerpoct_0.jpg


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

Femida.az Report-a istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olub.

2009-2015-ci illərdə “Kapital Bank”da filial müdiri vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bank MBA-Moskva “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib.

Femida.az

Açar sözlər: #azərpoçt   #təyinat   #rabitə   #nazirlik   #direktor  

Oxunub: 860