Poroşenko gözlənilmədən Türkiyəyə getdi


22:58     09 Aprel 2018 2018/04/5acb5fbd771ac_5poros_1523278175.jpg

Ukrayna prezidenti Pyotr Poroşenko gözlənilmədən Türkiyəyə səfər edib. O, İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.


Bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, danışıqlar zamanı Türkiyə BMT sülhməramlı missiyasında iştirak etməyə hazır olduğunu bildirib.

"Prezidentimiz İstanbuldan Ankaraya gedərkən ayaqüstü hava limanında İstanbula gələn Ukrayna prezidenti ilə söhbət etdi”, - deyə bildirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə "Twitter” hesabında qeyd edib ki, Poroşenko və onu müşayiət edən nümayəndə heyətinin birgünlük səfəri çərçivəsində ikitərəfli əlaqələr və regional proseslər müzakirə olunacaq.

Qeyd edək ki, Poroşenkonun Türkiyəyə səfəri barədə daha əvvəl nə Ərdoğan, nə də Türkiyə XİN-i tərəfindən məlumat yayılmışdı. Gözlənilməz səfərin səbəbi hələlik məlum deyil.

Femida.az

Açar sözlər: #Poroşenko   #Türkiyə   #Prezident  

Oxunub: 763