Sabirabadda televizor yandı, qadın xəsarət aldı


02:57     15 Aprel 2018 2018/04/tecili_yeni_1523732401.jpg

Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

Femida.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Sabirabad   yanğın  

Oxunub: 753