Ombudsman uşaq hüquqları ilə bağlı müqavilə imzaladı


22:08     17 Aprel 2018 2018/04/dsc04253_1523973210.jpg

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Ombudsman təsisatı ilə UNICEF arasında 2018-2019-cu illər üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.

Müqavilə üzrə həyata keçiriləcək tədbirlər Uşaq Hüquqları Konvensiyasının müddəalarına, BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla, icmalarda hüquqi maarifləndirmə işinin həyata keçirilməsini, bu sahədə çalışacaq təlimçilərin hazırlanmasını, treninq-seminarların, dövlət uşaq müəssisələrində keçiriləcək birgə monitorinqlərə, habelə Milli Preventiv Qrupun başçəkmələrinə dəstək verəcək.

Femida.az

Açar sözlər: #Uşaq   #Hüquq   #Qurum   #Müqavilə  

Oxunub: 863