"Sovetski"də 2 mindən artıq ev və obyekt söküləcək - VİDEO
02:49 24 Aprel 2018
Paytaxtın "Sovetski" kimi tanınan ərazisində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililərin sökülməsi davam etdiriləcək.
Femida.az xezerxeber.az-a istinadən bildirir ki, bu il ərzində ərazidə olan evlərin satın alınması və həmin ərazinin təmizlənməsi işləri həyata keçiriləcək. Artıq məsələ ilə bağlı qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqəsədilə müvafiq tenderlər də keçirilib.
Söküləcək 2010 ev və qeyri-yaşayış obyektinin yerindəki ərazinin abadlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Sovetski"də abadlaşdırma işlərinin birinci mərhələsi 26 hektarlıq sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.
Femida.az
Oxunub: 2740
Oxşar xəbərlər
- “Sovetski”də söküntü işləri dayandırıldı
- “Sovetski”də söküntü vaxtı qaz xətti zədələnib
- "Sovetski" və "Xutor" söküləcəkmi, Tağıyevin heykəli nə vaxt qoyulacaq? - Mer AÇIQLADI
- "Sovetski"də abadlaşdırma işlərinin başa çatacağı vaxt açıqlanıb
- "Sovetski"də yeni yolların çəkilişi nə vaxt başa çatdırılacaq?
- “Sovetski”də 40 hektar ərazi boşaldılıb
- “Sovetski”də köçürmənin ikinci mərhələsi başlayır - Vəsait ayrıldı
- "Sovetski"də böyük söküntünün ikinci mərhələsi başlayır
- “Sovetski”dən ikinci köç - Detallar açıqlandı
- `Sovetski`dən növbəti köçürülmə prosesinə başlanır