Türkiyədə zəlzələ - Yenə yaralanan var


22:53     26 Aprel 2018 zelze%20444.jpg

Türkiyənin qərbindəki Dənizli vilayətində Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ olub.


Femida.az xəbər verir ki, yeraltı təkanların episentri Dənizli şəhərindən 19 kilometr şərqdə, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı barədə məlumat verilir.

Hər hansı bir ciddi fəsadın olub-olmaması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, daha öncə aprelin 14-də Türkiyənin Adıyaman vilayətində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində 39 nəfər xəsarət almışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 708