“Qarabağ” qalib gəldi


01:36     28 Aprel 2018 18_04_27_1524850639.jpg

Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Femida.az xəbər verir ki, çempionluğunu təmin etmiş “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub.

Matçda qapılara 3 qol vurulub. “Qarabağ” 55-ci dəqiqədə hesabı açsa da, “Zirə” 61-ci dəqiqədə cavab qolunu vurub. Lakin, Ağdam təmsilçisi son saniyələrdə qələbə qolunu vurmağa nail olub.

5 oyundur qalib gələ bilməyən “Zirə” 35 xalla 5-ci pillədə qalıb və avrokuboklara qatılmaq şansını çətinləşdirib.

“Zirə” - “Qarabağ” - 1:2

Qollar: A. Dedov, 61 - D. Gerye, 55; Miçel, 90+3

Açar sözlər:

Oxunub: 1029