Tələbələr aprel şəhidlərinə film həsr etdi - VİDEO
16:12 02 May 2018
Azərbaycan Milli Konservatoriyasında aprel döyüşlərində şəhid olmuş əsgər Əbdülməcid Axundova həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.
Femida.az xəbər verir ki, Konservatoriyanın tələbələrinin birgə çəkdiyi serialın bir bölümü aprel şəhidlərinə həsr olunub. Serialın rejissoru və ssenari müəllifi Əli Əliyev aprel döyüşləri zamanı şəhid olan hərbçilərin tanıdılması və qəhrəmanlıqlarının təbliğ olunmasının vacibliyindən danışıb.Bu kimi ənənələrin davam etdiriləcəyindən söz açıb.
Daha sonra Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi çıxışında tələbələrin bu addımından qürurlandığını və onlara işlərində hər zaman dəstəyə hazır olduğunu bildirib.
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova gənclərin bu cür vətənpərvər ruhda böyümüəsindən və şəhidlərin unudulmamısandan qürur duyduğunu bildirib.
Filmdə rolları konservatoriyanın tələbələri canlandırıb.
Azərbaycan Milli Konservatoriyasının tələbələrinin hazırladığı həmin filmi təqdim edirik:
Miri Məcidli
Femida.az
Oxunub: 3531
Oxşar xəbərlər
- "Mübarizlər yurdu" Biləsuvarın Aprel Şəhidləri - VİDEO
- Aprel şəhidlərinin məzarları ziyarət olunub - VİDEO
- Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib
- Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
- Aprel şəhidləri Ağsuda anıldı
- Şəhid analarına müraciət edən yaralı zabit, ürəyi sıxılan anaya yardım edən deputat... REPORTAJ
- Aprel şəhidlərinə həsr olunmuş kitab çap olundu
- Aprel şəhidlərinin həyatından bəhs edən kitabların təqdimatı olub
- Gürcüstanda 9 aprel şəhidlərinin xatirəsi anılıb
- Universitet aprel şəhidlərini andı