Miqrasiya Xidmətinin yeni rəisi atacağı addımları açıqladı – VİDEO
19:24 08 May 2018
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov mediaya ilk müsahibəsini verib.
Lider TV-yə verdiyi qısa müsahibədə o, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb. Vüsal Hüseynov bildirib ki, Miqrasiya Xidmətindəki fəaliyyəti ilk növbədə Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin tam icra edilməsinə yönəldiləcək.
“İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Və atacağımız addımların “yol xəritəsi”ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”,- Vüsal Hüseynov deyib.
O, bildirib ki, qoyulmuş tapşırıqların icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o tip kadrlara etimad göstəriləcək. Hüseynov kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: “Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar”.
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi media ilə açıq şəkildə işləyəcəklərini də bildirib.
Femida.az
Oxunub: 3282
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
- Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Türkiyə ilə miqrasiya məsələləri müzakirə olunub
- Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün - MAARİFLƏNDİRİCİ VİDEO
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub