Özündən 13 yaş böyük oğlana vermək istədilər - 16 yaşlı qız evdən qaçdı
20:32 13 May 2018
Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur.
Femida.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib.
Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb.
Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb. Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.
Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.
Femida.az
Oxunub: 1991
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib
- Kamran Əliyev İmişli, Saatlı, Sabirabad və Cəbrayıl sakinlərini qəbul edib
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib
- Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var
- Sabirabadda yol qəzasında 3 nəfər xəsarət alıb
- Sabirabadın Baş planının detalları açıqlanıb