Kürdəmirdə motosikletçi qəzaya düşüb


02:54     26 Sentyabr 2015 moto.jpg

Kürdəmir rayonunda motosikletçi qəzaya düşüb.


Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb. Bakıdan Gürcüstana doğru motosikletlə hərəkət edən 50 yaşlı Ələkbərov Məmməd Ayxan oğlunun motosikleti yoldan çıxaraq aşıb. Nəticədə M. Ələkbərov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 701