Minik avtomobili "Kamaz"la toqquşdu - Ölən var


01:53     15 May 2018 qezaaaaaa.jpg


Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində 10 UP 723 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili ilə 50 BH 360 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan bir nəfər ölüb, digəri isə xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Siyəzən   #qəza   #ölüm   #kriminal  

Oxunub: 860