Neft Emalı Zavodu 20 min manat cərimələndi - Pis qoxuya görə


21:33     17 May 2018 manat_valyuta_005.jpg

Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfindən qanunamüvafiq tədbirlər görülüb.


Nazirliyin mütəxəssisi Mirsalam Qəmbərov açıqlamasında bildirib ki, zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə, yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək.

Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib.

Femida.az

Açar sözlər: #Zavod   #Elektron   #Cərimə  

Oxunub: 1383