Tikintidə çalışan fəhlə 12-ci mərtəbədən yıxılıb öldü
22:04 18 May 2018
Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib. Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.
Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:
“Akif Yusifov artıq bir ildir ki, fəhlə kimi işləyirdi. Bütün təhlükəsizlik tədbirləri görülsə də, bədbəxt hadisə baş verib. Tikinti zamanı işçilərin başında kaskası, əynində xüsusi geyimi olub. Ancaq tikintidə bu kimi bədbəxt hadisələr baş verir. Üzülürük, ancaq əlimizdən ailənin yanında olmaqdan başqa bir şey gəlmir. Biz heç vaxt işçilərimizin ailəsini pis vəziyyətdə saxlamırıq.
Mərhumun yas xərcləri şirkət tərəfindən ödənilib. Bundan sonra da nə lazım olsa, etməyə hazırıq”.
Femida.az
Oxunub: 1010
Oxşar xəbərlər
- Bakıda faciə: Ölənlər var
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb
- Putin: “Ukraynada baş verənlər faciədir, ancaq başqa seçimimiz yox idi”
- Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
- Bakıda çörək zavodunda qadın faciəvi şəkildə ölüb
- Azərbaycanda ailə faciəsi: Əri COVID-19-dan ölən qadın intihar etdi
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb