Qusarda 50 yaşlı kişi yoxa çıxdı
14:21 05 İyun 2018
Qusar sakini itkin düşüb.
Femida.az xəbər verir ki, şəhər sakini Nüşabə Nurməmmədova polisə müraciət edərək ruhi əsəb xəstəsi olan həyat yoldaşı, 1968-ci il təvəllüdlü Camid Nurməmmədovun 12.05.2018-ci il saat 22:30 radələrində evdən çıxdığını və qayıtmadığını bildirib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində onu tapmaq mümkün olmayıb.
Onun əlamətləri: boyu 160 sm, orta bədən quruluşlu, uzunsov sifət, taxma dişləri, burnu düz, qara saçlı və gözlərinin rəngi qarışıqdır.
Evdən çıxarkən əynində üç düymə, üzərində qəhvəyi rəngli kvadratlar olan, süd rəngli köynək, boz jaket, tünd göy parça gödəkçə, qara şalvar və qəhvəyi parça ayaqqabı olub.
Onun barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19, (070) 626 -12 -20 və "102" nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
Femida.az
Oxunub: 1076
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusarda 20 yaşlı oğlan göldə boğulub
- Qusar sakini intihar edib
- Qusar sakinləri Xaçmazda bıçaqlanıblar
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib